Torres Bakıda
02.12.2009 - 15:00
Torres Bakıda
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşüb. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, baş katib UEFA-nın Milli Assosiasiyaların İnkişafı Departamentinin rəisi Paskal Torres və Het-Trik proqramının layihə meneceri Jozef Klimenti qəbul edib.

Bu gün təşkil olunan tədbir AFFA-nın inzibati binasında təşkil olunub. Görüşdə assosiasiya ilə Avropa futbol qurumu arasındakı münasibətlər, Azərbaycanda bu idman növünün inkişafı ilə bağlı məsələlər müzakirə olunub. UEFA nümayəndələri AFFA-nın strukturu, iş sistemi ilə tanış olub, Futbol akademiyasına baxış keçiriblər. Torres və Kliment Mərdəkan qəsəbəsində, “Dalğa” istirahət kompleksinin ərazisində AFFA tərəfindən inşa olunan stadionun tikinti işləri ilə tanış olublar.
0