FIFA kor püşkün “gözünü” açır
02.12.2009 - 15:07
FIFA kor püşkün “gözünü” açır
Dünya çempionatının gələn il keçiriləcək final mərhələsinin dekabrın 4-də atılacaq püşkü “kor” olmayacaq. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçısı olan FİFA tədbirdən iki gün əvvəl bəzi məqamlara aydınlıq gətirib. Belə ki, Avropa istisna olmaqla, heç biri qitə eyni qrupda iki komanda ilə təmsil olunmayacaq.

Meydan sahibləri CAR yığması mütləq şərt kimi A qrupuna daxil ediləcək. Onlar qrup mərhələsində Afrika yığmaları ilə qarşılaşa bilməz. Belə ki, I səbətdən A qrupuna düşən CAR üçüncü səbətdən ya Çili, ya Paraqvay, ya da Uruqvayla rəqib olacaq. Bu səbətdəki afrikalılar isə meydan sahibindən “uzaq düşəcək”. Çili, Uruqvay və Paraqvay da öz növbəsində Cənubi Amerikanın nəhəngləri ilə yalnız pley-off mərhələsində qarşılaşa bilər. Çünki I səbətdə yer alan Braziliya və Argentinanın III səbətdən çıxan rəqibləri Afrika təmsilçiləri olacaq. II və IV səbətin püşkü isə həqiqətən “kor” olacaq.

Qeyd edək ki, iki gün sonra keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0