Maradona püşkatmaya buraxılmayacaq
02.12.2009 - 15:12
Maradona püşkatmaya buraxılmayacaq
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona dünya çempionatının final mərhələsinin püşkatmasında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, CAR-da keçiriləcək yarışın təşkilat komitəsinin rəhbəri Danni Cordan futbol əfsanəsinin dekabrın 4-də baş tutacaq tədbirə buraxılmayacağını açıqlayıb.

Bunun səbəbi Maradonanın cəzalı olmasıdır. Seçmə mərhələnin Uruqvayla oyunundakı hərəkətlərinə görə 2 aylıq cəzalanan baş məşqçi püşkatmaya da qatıla bilməz. Çünki bu cəza bütün rəsmi tədbirlərə şamil olunur. Püşkatma da məhz rəsmi tədbirlərdən sayıldığından Maradona yığmasının rəqiblərinin müəyyənləşməsini ən yaxşı halda televiziya ilə izləməli olacaq.
0