Əsgər Abdullayev çıxartdı, Nazim Süleymanov qaytardı
03.12.2009 - 11:49
Səmədağa Şıxlarovun “Olimpik-Şüvəlan” klubuna qayıdışı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, son illərdə seleksiyaçı-məşqçi kimi çalışan 55 yaşlı veteran futbolçu ilə artıq rəsmi müqavilə imzalanıb. Bu klubda da həmin funksiyanı yerinə yetirəcək Şıxlarov eyni zamanda məşqçilər korpusunda yer alıb, baş məşqçi Nazim Süleymanova kömək edəcək.
Qeyd edək ki, sonuncu iş yeri “Neftçi” olan Şıxlarov həmin paytaxt təmsilçisində də seleksiyaçı-məşqçi idi. O, klub hələ “Olimpik” adlanan dövrdə, 2006-07-ci illərdə sabiq baş məşqçi Əsgər Abdullayevin köməkçisi olsa da, sonradan işindən uzaqlaşdırıldı. Şıxlarov özündən yaşca böyük həm Süleymanov, həm də Abdullayevlə “Neftçi”də SSRİ dövründə bir yerdə oynayıb.

0
0