Nəhs tur: “Xəzər-Lənkəran” liderə, bombardir sabiq komandasına qarşı
03.12.2009 - 12:16
Sabah Unibank Premyer Liqasında XIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, nəhs turun açılış oyunu “Şəfa” stadionunda baş tutacaq.
“Olimpik-Şüvəlan” yeni baş məşqçisi Nazim Süleymanovun rəhbərliyi altında ilk ev oyununa çıxacaq. Debüt matçında səfərdə “Neftçi”dən 1 xal alan (0:0) Süleymanovun budəfəki rəqibinin autsayder olduğunu nəzərə alsaq, ilk qələbəsini qazanmaq şansı yüksəkdir. Görüş cari çempionatın bombardiri Anatoli Doroş üçün prinsipial xarakter daşıyacaq. Belə ki, “Olimpik-Şüvəlan”ın moldovalı hücumçusu ötən mövsüm heyətindən kənarlaşdırıldığı “Karvan”a qarşı oynayacaq. Doroş hazırkı klubunda qol hesabını ilk dövrədə Yevlaxda dubl edərək açdı və bununla da keçmiş komandasını cəzalandırdı. Son vaxtlar qol vura bilməyən Anatoli susqunluğa prinsipial rəqiblə görüşdə son qoymalıdır.
“Şəfa” stadionunda keçiriləcək digər görüş isə turun mərkəzi oyunu olacaq. Çempionluğa ən əsas namizədlərdən “İnter”lə “Xəzər-Lənkəran” bu dəfə Bakıda görüşəcək. Premyer Liqanın hazırkı lideri cari mövsümdə ilk məğlubiyyətini məhz lənkəranlılardan alıb. Bundan əlavə, bu komandaların “altılığ”a düşəcəyi şübhə doğurmadığından, “qızıl xal”lar prinsipi görüşün əhəmiyyətini birə-beş artırır.
Turun digər maraqlı görüşü olan “Qəbələ” – “Qarabağ” matçında meydan sahibləri ciddi problemlə üzləşib. Belə ki, qəbələlilərin 41 yaşlı baş məşqçisi Ramiz Məmmədov AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandığı üçün Ağdam təmsilçisi ilə görüşdə texniki zonada ola bilməyəcək. Belə olan halda, əsas yük Məmmədovun köməkçiləri – Vidadi Rzayev, Cavanşir Novruzov və Mehman Baxışovun üzərinə düşəcək. “Qəbələ” ilə “Qarabağ” da “altılığ”a düşməyə əsas namizədlərdən olduğundan, öz aralarındakı oyunun əhəmiyyəti böyükdür. Ağdamlılar evdə “Qəbələ” ilə görüşdə xal itirdiyindən, bunun əvəzini çıxmalıdır.
4 dekabr
14:00. “Olimpik-Şüvəlan” – “Karvan”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 3:2
5 dekabr
14:00. “Standard” – “Bakı”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:0
14:00. “Turan” – “Neftçi”
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:2
6 dekabr
14:00. “Muğan” – “Simurq”
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:0
14:15. “Qəbələ” – “Qarabağ”
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0
18:00. “İnter” – “Xəzər-Lənkəran”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:1
Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan") - 6

| komandalar | O | Q | H | M | T | X |
1 | "İnter" | 12 | 8 | 2 | 2 | 24-12 | 26 |
2 | "Qarabağ" | 12 | 8 | 2 | 2 | 12-6 | 26 |
3 | "Simurq" | 12 | 7 | 3 | 2 | 16-10 | 24 |
4 | "Xəzər-Lənkəran" | 12 | 6 | 4 | 2 | 16-6 | 22 |
5 | "Qəbələ" | 12 | 6 | 3 | 3 | 16-14 | 21 |
6 | "Neftçi" | 12 | 6 | 2 | 4 | 10-7 | 20 |
7 | "Bakı" | 12 | 5 | 2 | 5 | 8-10 | 17 |
8 | "Olimpik-Şüvəlan" | 12 | 3 | 4 | 5 | 11-15 | 13 |
9 | "Turan" | 12 | 3 | 2 | 7 | 15-18 | 11 |
10 | "Muğan" | 12 | 3 | 2 | 7 | 7-17 | 11 |
11 | "Karvan" | 12 | 1 | 2 | 9 | 10-19 | 5 |
12 | "Standard" | 12 | 1 | 2 | 9 | 9-20 | 5 |

0
0