“Xəzər-Lənkəran” Mircavadovdan güclü məşqçi tanımır”
03.12.2009 - 12:28
“Bəzi qüvvələr Əsgər Abdullayevin klubumuzun baş məşqçi postuna gətiriləcəyi barədə dezinformasiyalar yaymaqda maraqlıdırlar. Onların məqsədi oyun öncəsi komandamızda ajiotaj yaratmaqdan ibarətdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Son günlər ölkə mətbuatında “Olimpik-Şüvəlan”dan kənarlaşdırılan Əsgər Abdullayevin “Xəzər-Lənkəran” klubunun baş məşqçi postuna gətiriləcəyi barədə xəbərlər yayılıb. Bunun heç bir əsası olmadığını bildirən Nadirovun sözlərinə görə, təmsil olunduğu komanda Ağasəlim Mircavadovla vidalaşmaq fikrində deyil: “Hazırda komandamıza ölkənin ən güclü mütəxəssisi rəhbərlik edir. Ümumiyyətlə, “Xəzər-Lənkəran” Azərbaycanda Mircavadovdan güclü məşqçi tanımır”.

0
0