Mais Mənsimov: Onun əməlləri araşdırılıb və qarşısına fakt qoyulub - MÜSAHİBƏ
03.12.2009 - 12:55
“Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi
- Çempionatda qış fasiləsinə V tur qalıb. Mövsümün geridə qalan hissəsini komanda heç də sabit keçirmədi. Sabitlik üçün nə çatışmır?
- Əslində, sabitlik keyfiyyət göstəricisidir. Yayda “Xəzər-Lənkəran”da ciddi islahatlar aparılıb və cəmi bir neçə ay sonra komandadan sabit oyun gözləmək doğru olmazdı. Əsas odur ki, yavaş-yavaş oyunumuz düzəlir və oyun keyfiyyətində yüksəliş hiss olunur.
- Cari mövsümdən çempionat yeni formatda keçirilir. Komandanız “altılıq” sistemini necə qiymətləndirir?
- Sevindirici haldır ki, AFFA və PFL milli çempionatı daha maraqlı və baxımlı etmək, rəqabəti artırmaqla inkişafa nail olmaq üçün yollar axtarır. Etiraf etmək lazımdır ki, başda prezident Ramin Musayev olmaqla, PFL çempionatın daha səviyyəli yarışa çevrilməsi istiqamətində bir sıra işlər görüb. Konkret olaraq, “altılıq” modelinə qiymət vermək üçün mövsümün sonunu gözləmək lazımdır.
- "Xəzər-Lənkəran"ın ilk "altılığ"a düşəcəyi şübhə doğurmur. Digər klublar heyətini gücləndirmək üçün indidən ciddi axtarışlara başlayıb. Sizin bu istiqamətdə planlarınız nədən ibarətdir?
- İlk “altılıq”dan kənarda qalmağı ağlımıza belə gətirmirik. Lakin anlayırıq ki, güclülər arasında yer almaq üçün hər tur güc nümayiş etdirməlisən. Komandanın gücləndirilməsi üzərində də iş aparılır. Qışda keçirəcəyimiz təlim-məşq toplanışına məşqçilərimizin ilkin olaraq bəyəndiyi bir neçə futbolçu dəvət ediləcək.
- Son vaxtlar komandanız ətrafında baş verən proseslər, “Fırtına” fan-klubunun yaydığı bəyanatlar birmənalı qarşılanmır. Buna münasibətiniz necədir?
- Hesab edirik ki, “Fırtına”nın əməlləri oranı idarə edən, daha doğrusu, orada toplaşan əsl "Xəzər-Lənkəran"sevərlərlə manipulyasiya edən bir neçə adamın adına yazılmalıdır. Təəssüf ki, vaxtilə inanıb güvəndiyimiz Araz Nəsirovla Rəvan Bəşirov, klubun ən böyük azarkeşi olduğunu düşündüyümüz Eldar Suvarov indi şəxsi ambisiyalarının əsirinə çevrilərək, klubumuza, onun rəhbərliyi və məşqçilərinə qarşı çirkin kampaniyaya başlayıblar. Amma əsl “Xəzər-Lənkəran” azarkeşləri narahat olmaya bilərlər: bu klubu yüngül sancmalar yıxa, sarsıda bilməz!
- Klubun sabiq vitse-prezidenti Araz Nəsirovun bu məsələlərdə “Xəzər-Lənkəran”a əks mövqe tutması onun daxildə qarşıdurma yaratmaq istəməsini göstərmirmi?
- Əlbəttə. Xəbəriniz olsun ki, Araz Nəsirov bir neçə gün öncə "Palmali"nin Türkiyə ofisindən qovulub. Rəhbərlik onun əməllərini araşdıraraq, qarşısına faktlar qoyub. Nəsirova sübut olunub ki, “Xəzər-Lənkəran”a qarşı aparılan kampaniyanın başında duranlardan biridir.
- Araz Nəsirovun “Palmali”dən uzaqlaşdırılması ilə “Xəzər-Lənkəran” və tərəfdarları arasında edilən süni soyuqluq cəhdlərinin aradan qalxacağını gözləyə bilərik?
- “Xəzər-Lənkəran”la əsl tərəfdarları arasında heç vaxt heç bir soyuqluq yarana bilməz. Sadəcə, bir qrup adam öz şəxsi mənafeyini güdərək, min-bir oyundan çıxmağa başlamışdı. Özlərini “Xəzər-Lənkəran” fədaisi kimi göstərib, digər azarkeşləri səhv yola dartmağa çalışırdılar. Biz həqiqəti ortaya qoyduq. İndi hamı artıq adını çəkdiyim “üçlüy”ü tanıyır. Mən inanmıram ki, bundan sonra özünə hörmət edən “Xəzər-Lənkəran” azarkeşi onlarla durub-otursun.
- Bildiyimizə görə, klub rəhbərliyi Lənkəran stadionunda biletlərin qiymətlərini aşağı salmaq barədə düşünür.
- Doğru informasiyadır. Bu barədə düşünmüşük. Bu ilin son ev oyunları üçün həm 2, həm də 1 manatlıq biletlər satılacaq. Bunu da ilk növbədə azarkeşləri düşünərək edirik ki, qoy maliyyə vəziyyəti qənaətbəxş olmayan futbolsevərlər də stadiondan uzaq düşməsin.
Mənbə: “Futbol+qol” qəzeti

0
0