Ruslan Poladov ili başa vurdu
03.12.2009 - 13:01
“Xəzər-Lənkəran” əsas heyət oyunçularından olan Ruslan Poladovu itirib. Apasport.az saytının məlumatına görə, noyabrın 29-da “Bakı” ilə çempionat oyununda zədələnən 30 yaşlı müdafiəçi üçün 2009-cu il başa çatıb. Belə ki, o cari təqvim ilində meydana çıxa bilməyəcək.
Xatırladaq ki, qarşılaşmanın 85-ci dəqiqəsində cərimə meydançasında topun rəqib futbolçuya düşməməsinə çalışan oyunçulardan Ruslan başla, İvan Pexa isə ayaqla oynamağa çalışdıqda Poladov ciddi zədələnmişdi. Slovakiyalı müdafiəçi daha cəld tərpənərək topu uzaqlaşdırmaqla yanaşı, ayağının həmkarının başına tuş gəlməsinə əngəl olmağı bacarmadı. Nəticədə, Ruslan meydana yıxılaraq oyunu davam etdirə bilməmişdi.
Həkim müayinəsindən sonra futbolçunun burun sümüklərinin sındığı aşkarlanıb. Eyni zamanda Ruslanın yuxarı çənəsində də natamam sınıq var. Komandanın həkimi Boris Xetaqurovun rəyinə əsasən, Poladovun sağalması üçün təxminən üç həftə vaxt lazım olacaq. Müdafiəçi yalnız bundan sonra məşqləri bərpa edə biləcək. Bu isə o deməkdir ki, arxa xətt oyunçusu meydana dönmək üçün 2010-cu ili gözləməli olacaq.
mənbə: lankaranfc.com

0
0