Milli komandaların “baza müharibəsi” başladı
03.12.2009 - 13:53
2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatının final mərhələsinə təxminən 7 ay qalsa da, iddialı komandalar indidən mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi Dieqo Maradonanın baş məşqçisi olduğu Argentina yığması İtaliya, İngiltərə və Almaniya ilə indidən rəqabət aparmağa girişib.
Buna CAR-ın Pretoriya Universitetinin bazası səbəb olub. Məsələ ondadır ki, cənubi amerikalılar dünya çempionatı zamanı məhz burada məskunlaşmaq istəyir. Digər üç futbol nəhəngi də məhz bu bazanı gözaltı etdiyindən onlar arasında güclü rəqabət yaranıb.
Argentina Futbol Federasiyasının prezidentinin oğlu Umberto Qrondona avropalıların daha çox pul verəcəyindən qorxur. Onun fikrincə, alverdə uduzmamaq üçün indidən işə başlamaq lazımdır: “Afrikalılarla indidən razılığa gəlməliyik. Əks təqdirdə, digər komandalar daha çox pul təklif etməklə, bazanı ələ keçirə bilər”.

0
0