AFFA “cəzalandırılan” hakimlərə təyinat verdi
03.12.2009 - 14:52
AFFA “cəzalandırılan” hakimlərə təyinat verdi
AFFA Fariz Yusifov və Azad Mütəllimovun cəzalanması ilə bağlı yayılan xəbərlərə birdəfəlik son qoyub. Apasport.az saytının məlumatına görə, hər iki hakim Unibank Premyer Liqasının qarşıdakı turuna təyinat alıblar.

FİFA referisi Yusifov Sumqayıtda “Standard” – “Bakı”, Mütəllimov isə Salyanda “Muğan” – “Simurq” matçında idarəçilik edəcək. Göründüyü kimi, təyinatları açıqlayan AFFA-nın Hakimlər Komitəsi hər iki referini cəzalandırmasına tam aydınlıq gətirdi.

04 dekabr

"Olimpik-Şüvəlan" - "Karvan"

Baş hakim: Rauf Cabbarov
Hakim-köməkçiləri. Vaqif Musayev, İsgəndər Əliyev, Vüsal Əliyev

05 dekabr

"Standard" - "Bakı"

Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Elman Musayev, Mübariz Haşımov, Ceyhun Haşımov

"Turan" - "Neftçi"
Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Azər Məmmədov, Habil Əliyev, Ramil Diniyev

06 dekabr

"Qəbələ" - "Qarabağ"

Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Orxan Məmmədov, Rasim Məmmədov

"Muğan" - "Simurq"
Baş hakim: Azad Mütəllimov
Hakim-köməkçiləri: Munis Abdullayev, Aydın Ələkbərov, Hacıəli Ağayev

"İnter" - "Xəzər-Lənkəran"
Baş hakim: Rövşən Əhmədov
Hakim-köməkçiləri: İlham Əliyev, Azad Q.Hüseynov, Zöhrab Əliyev