Andrey Şevçenko avtomobil qəzasına uğradı
03.12.2009 - 16:14
Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun futbolçusu Andrey Şevçenko bu gün səhər saatlarında avtomobil qəzasına düşüb. Lent.az-ın məlumatına görə, Şevçenkonun “Porsche Panamera Turbo” markalı avtomobili Kiyevdə iki küçənin birləşməsində “Honda” ilə toqquşub.
Hadisədən sonra Şevçenko özünü yaxşı hiss etdiyini və heç bir zədə almadığını açıqlayıb. Şahidlərin fikrincə, günahkar “Honda”nın qadın sürücüsü olub. O, əsas yolla gələn Şevçenkonun maşınına yol verməyib. Futbolçu qəzadan sonra yardımdan imtina edərək, kömək olmadan hərəkət edib.
Qeyd edək ki, Andrey Şevçenko “Porsche”ni bu yaxınlarda alıb. Avtomobilin qiyməti 200 min dollardır.

0
0