“Spartak”ın baş məşqçisi maraqlanığı futbolçumuzun adını açıqladı - EKSKLÜZİV
03.12.2009 - 16:56
Rusiya Premyer Liqasında çıxış edən Nalçikin “Spartak” klubunun baş məşqçisi Yuri Krasnojanın apasport.az saytına eksklüziv müsahibəsi
- Komandanız başa çatan çətin mövsümdən sonra Premyer Liqada yerini qoruya bildi. Yeni mövsümdə transfer planlarınız necədir?
- İlk növbədə heyəti qorumalıyıq. Ancaq istənilən halda, bununla kifayətlənməyib heyəti daha da gücləndirmək lazımdır. Bəzi mövqelərə yeni futbolçu almalıyıq.
- Konkret hansı mövqelərə?
- Bizə cinah oyunçuları lazımdır. Bundan əlavə, hücumçu axtarırıq.
- Bu mənada “Spartak”da azərbaycanlı futbolçu görə biləcəyikmi?
- Bu, sizin də tövsiyənizdən asılıdır.
- Yəni, sizə hansısa futbolçumuzu məsləhət görməliyik?
- Əgər komandamıza azərbaycanlı futbolçulardan kimisə tövsiyə etsəniz, biz məmnuniyyətlə ona baxarıq.
- Azərbaycanda az da olsa, belə futbolçular var. Siz hansı oyunçumuzu tanıyırsınız?
- Futbolçularınızı, ölkə çempionatınızı izləməyə elə də imkanım olmayıb. Bu da komandamın işləri ilə bağlıdır. Doğru qeyd etdiniz ki, mövsüm bizim üçün çətin oldu. Rusiya Premyer Liqasında öz futbolçularımızı və qarşıdakı rəqiblərimizi diqqətdə saxlayırdıq. Bu səbəbdən azərbaycanlı futbolçular haqda informasiyalar az idi. Seleksiyaçılar oyunçularınız haqda daha çox informasiya əldə etməyə çalışır. Ancaq hələ ki mənə təqdim olunmayıb.
- Milli komandamızın Rusiya yığması ilə Bakıdakı oyununu izləmisiniz?
- Əlbəttə, baxmışam.
- Təəssüratlarınız necə oldu?
- Deyə bilərəm ki, Azərbaycan yığması Rusiya ilə görüşdə yaxşı təsir bağışladı. Milli komandanızın oyunu xoşuma gəldi.
- Konkret hansı futbolçumuzu bəyəndiniz?
- Bilirsiniz, indi bu haqda çox danışa bilmərəm. Hazırda Kislovodskdayam, proseduraya getməliyəm. Yəni, danışmaq üçün münasib yerdə deyiləm. Daha sonra geniş söhbətləşə bilərik?
- Sizi başa düşürük. Sadəcə, bir şeyi aydınlaşdırmaq istərdik ki, milli komandamızın üzvü Mahir Şükürovun “Spartak”a keçidi nə dərəcədə realdır?
- Agentlər, seleksiyaçılar bu futbolçu haqda informasiya toplayıb. Mahirə maraq göstərmişik.
- İndicə vurğuladınız ki, sizə cinah oyunçuları lazımdır. Şükürov həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynaya bilər. Belə olan halda, Şükürovu götürmək, onu sınamaq istərdinizmi?
- Əgər bizdən olan futbolçulardan güclüdürsə, mahiri sınamaq istərdim. Amma bizimkilərdən zəifdirsə yox. Kənarda çıxış edən oyunçu özümüzünkülərdən səviyyəcə geri qalırsa, onu transfer etməyə, yoxlamağa lüzum görmürük.
- Hər halda, Rusiya ilə oyunda izlədiyiniz Mahirə bir mütəxəssis kimi necə qiymət verərdiniz? Onu transfer etməyə dəyərmi?
- Pis təsir bağışlamadı. Hər halda, onun transferi haqda indidən qəti söz deyə bilmərəm.

0
0