Marian Aliuta “Turan”a mesaj göndərdi
03.12.2009 - 17:18
“Tovuzdakı stadionun ot örtüyünün indiki vəziyyətindən xəbərsizəm. Amma meydançanın vəziyyətindən və rəqibin gücündən asılı olmayaraq, bu oyunda üç xal qazanmaq bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin rumıniyalı yarımmüdafiəçisi Marian Aliuta deyib.
Unibank Premyer Liqasının növbəti turu çərçivəsində Tovuzda “Turan”la səfər oyununa çıxacaq “ağ-qaralar”ın heyətlə bağlı ciddi itkiləri var. Ancaq zədəli futbolçuların sayı çox olsa da, komandanın üzvlərinin əhval-ruhiyyəsi yüksək səviyyədir. Bu, futbolçuların oyun öncəsi fikirlərində də öz əksini tapıb.
Müdafiəçi Ruslan Əmircanov son turda “Olimpik-Şüvəlan”la oyunda (0:0) xal itirmələrini bəxtsizliklə bağlayıb: “Tovuzda mütləq qələbə qazanmalıyıq ki, liderlər qrupundakı komandalarla xal fərqi artmasın. Baş məşqçimiz Vaqif Sadıqovun bu gün dediyi kimi, çempionluğa oynayırıqsa, hər görüşə final oyunu kimi çıxmalıyıq”.
Flaqmanın digər rumın futbolçusu Leonard Naydin üçün evdə, yaxud səfərdə oynamaları fərq etmir: “Hansı komanda ilə və harada oynayacağımızın fərqi yoxdur. Bu oyunda mütləq qalib gəlməliyik. Çünki iki oyun ardıcıl xal itirə bilmərik”.
Vaqif Sadıqovun gəlişindən sonra “Neftçi”nin əsas qapıçısı olan Paulius Qribauskas bildirib ki, hər oyuna olduğu kimi, “Turan”la görüşə də ciddi hazırlaşıblar: “Psixoloji cəhətdən “Turan” oyuna daha da hazır ola bilər. Çünki rəqibdən fərqli olaraq, bizim üçün bir xal məğlubiyyətə bərabərdir. Düzdür, mən qol vurmasam da, qapıçı kimi üzərimə düşən bütün vəzifələri yerinə yetirməyə çalışacağam”.
Estoniyalı mərkəz müdafiəçisi Taavi Rahn da Tovuzda yalnız qələbəyə köklənib: “Turan”la oyunda üç xal çox qazanmaq bizim üçün çox önəmlidir. Növbəti turlardakı ağır oyunlara psixoloji cəhətdən tam hazır olmaq üçün Tovuzdan mütləq üç xalla dönməliyik”.
Qeyd edək ki, bu gün axşam saatlarında səfərə çıxan “Neftçi” son məşqini sabah Tovuzda keçirəcək. Komandanın iki futbolçusu - Rəşad Abdullayev cəza, estoniyalı müdafiəçi Andrey Stepanov zədə üzündən oynamayacaq. Kapitan Zaur Tağızadə, türkiyəli və türkmən yarımmüdafiəçilər - Suat Usta ilə Nazar Bayramovda, milli komandamızın da üzvü olan müdafiəçi Ruslan Abışovda zədə problemi var.

0
0