Berti Foqtsun sələfi: Onun yeri futbol yox, sirkdir
03.12.2009 - 17:24
“Bavariya”nın fəxri prezidenti Frants Bekkenbauer tanınmış futbolçu Robinyo haqda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Kayzer” ləqəbi ilə tanınan alman futbol funksioneri 25 yaşlı braziliyalı hücumçuya sirkdə çıxış etməyi məsləhət görüb. Bekkenbauerin fikrincə, Robinyonun yeri futbol yox, sirkdir.
Gələn yay Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatı ilə bağlı da fikirlərini bildirən Bekkenbauerin sözlərinə görə, Robinyo öz oyunu ilə daha çox sirk ustalarına bənzəyir: “2010-cu il dünya çempionatında İngiltərə yığmasının qələbə qazanmaq şansı daha çoxdur. Son seçmə mərhələni əla keçirən ingilislər 10 oyundan 9-da qələbə qazanıb. Fikrimcə, Braziliya yığmasının titul qazanmaq şansı yoxdur. Onların yalnız bir yaxşı hücumçusu var ki, bu da Luis Fabianodur. Onun arxasında çıxış edən Kaka da yaxşı ön xətt oyunçusudur. Bir də Braziliya yığmasında Robinyo var. Ancaq o, sirkdə çıxış edə bilər. Robinyo komanda oyunçusu deyil”.
Qeyd edək ki, Bekkenbauer milli komandamızın baş məşqçisi Berti Foqtsla Almaniya yığmasında uzun müddət bir yerdə oynayıb, onun kapitanı olub. Veteran müdafiəçilər bir yerdə həm dünya, həm də Avropa çempionu olublar. Bekkenbauer 1990-cı ildə Almaniya yığmasını dünya çempionu etdikdən sonra baş məşqçi postunu məhz Foqtsa təhvil verib.

0
0