Vidadi Rzayev: “Qarabağ” klubu gücümüzə uyğun rəqibdir
04.12.2009 - 16:11
“Komandanı oyuna kimin çıxaracağı fərq etmir. İstənilən halda, əsas söz sahibi Ramiz Məmmədovdur. O, “Qarabağ”la oyunda texniki zonadan kənarda olsa belə, göstərişlərini verəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun məşqçisi Vidadi Rzayev deyib.
AFFA-nın İntizam Komitəsi Unibank Premyer Liqasının XII turunda Zaqatalanın “Simurq” klubu ilə səfər matçında (1:1) aqressiv hərəkətlər etməsini əsas gətirərək qəbələlilərin baş məşqçisi Ramiz Məmmədovu bir oyunluq cəzalandırıb. Bu isə o deməkdir ki, 41 yaşlı çalışdırıcı növbəti turda “Qarabağ”la ev oyununda “texniki zona”da ola bilməyəcək.
Belə olan halda, oyun zamanı əsas yük köməkçi məşqçilərin üzərinə düşür. Ancaq Rzayevin fikrincə, baş məşqçinin “texniki zona”dan kənarda qalması ciddi problem yaratmamalıdır: “Onsuz da Ramiz müəllim komandanın hazırlıq prosesində iştirak edir, oyun öncəsi göstərişlərini verəcək. Hər şey ilk növbədə futbolçuların özündən asılıdır. Problem yarandığı zaman göstərişlər verməklə, cüzi dəyişiklik edirsən. Oyunun gedişində kənardan müdaxilə edib, hər şeyi dəyişmək iqtidarında olmursan. Bunu 15 dəqiqəlik fasilədə etmək imkanı qazanırsan. Baş məşqçimiz da həmin vaxt öz tapşırıqlarını verəcək”.
Futbolçu karyerası vaxtında Ağdam klubunda da oynamış Rzayev bildirib ki, rəqibin heyətində bir sıra yaxşı tanış futbolçular var. Belə ki, veteran yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, kapitanı Aslan Kərimov, aparıcı müdafiəçi Rəşad Sadıqovla bir yerdə oynayıb: “Tanışlar çox olsa da, rəqib elə rəqibdir. “Qarabağ” xüsusilə son vaxtlar yaxşı oyun nümayiş etdirir. Bunda futbolçuların, baş məşqçinin rolu böyükdür. Qurban Qurbanov yaxşı kollektiv yaradıb. Ancaq özünüz də yaxşı bilirsiniz ki, məğlub edilməz komanda yoxdur. “Qarabağ” gücümüzə uyğun rəqibdir və ona qalib gəlmək fikrindəyik. Bizim üçün indi ən vacibi “altılığ”a düşməkdir. İnşallah, “Qarabağ”la oyundan qələbə ilə ayrılacağıq”.

0
0