Yunis Hüseynov: Rəqibi təbrik edirəm, amma başqa söz demək istəmirəm
04.12.2009 - 16:35
Yunis Hüseynov: Rəqibi təbrik edirəm, amma başqa söz demək istəmirəm
“Bu gün bizim üçü ağır oyun oldu və nəticədə ağır məğlubiyyət aldıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Tarixində ən zəif mövsümünü keçirən Yevlaxın təmsilçisi Unibank Premyer Liqasının XIII turu çərçivəsində bu gün “Şəfa” stadionunda “Olimpik-Şüvəlan” tərəfindən darmadağınla üzləşib – 0:4. Nəticədə turnir cədvəlində son pilləyə düşən “Karvan”ın 44 yaşlı çalışdırıcısı oyun sonrası mətbuat konfransında çox pərişan görünüb. Bu, Hüseynovun fikirlərində də öz əksini tapıb: “Rəqib bu qələbə münasibəti ilə təbrik edirəm. Başqa söz demək istəmirəm”.

“Olimpik-Şüvəlan”ın baş məşqçi postunda ilk qələbəsini böyük hesabla qazanan Nazim Süleymanov isə arxayınlaşmağa əsas görmür. O, yetirmələrinə mesaj göndərib: “Qələbə qazanmaq nə qədər yaxşı olsa da, eyforiyaya qapılmamalıyıq. Bu qələbə artıq geridə qaldı. Yaxın günlərdə “Xəzər-Lənkəran”la səfər oyunumuz var. Qarşıdakı gərgin oyunlara yaxşı hazırlaşmalıyıq”.