Məşhur futbolçu 13 yaşlı qızla cinsi əlaqədə olub?
05.12.2009 - 11:39
Kiyev “Dinamo”sunun sabiq futbolçusu İvan Yaremçuk haqqında cinayət işi açılıb. Apasport.az saytının məlumatına görə, uşaqbazlıqda ittiham olunan 47 yaşlı veteran futbolçunun həbs olunduğu bildirilir.
Kiyev milis idarəsi İvanı yetkinliyə çatmayan, məktəb qızlarına qarşı pozğun hərəkətlərdə suçlayır. Onunla bağlı hələlik bir fakt təsdiqlənib. Bildirilir ki, Yaremçuk dəfələrlə 13 yaşlı məktəb qızları ilə cinsi əlaqədə olub.
Əslində, hüquq-mühafizə orqanları istintaq sirri kimi həbs olun şəxsin adını bütöv, soyadının yalnız baş hərfini çəkib. Eyni zamanda deyilir ki, həmin şəxs SSRİ-nin əməkdar idman ustasıdır, 1985-90-cı illərdə Kiyevin “Dinamo” klubunda oynayıb, 1986-cı ildə Kuboklar Kubokunu qazanıb. Bütün bunlara uyğun gələn də yalnız İvan Yaremçukdur.
Ən maraqlısı isə odur ki, futbolçu bütün bunları təkzib edir və hazırda azadlıqda olduğunu bildirir: “Bu, hansısa böhtandır. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu şayiələr haradan çıxıb. Mən heç vaxt əxlaqsızlıqla məşğul olmamışam. Milisdən deyiblər? Bilmirəm... Məni ümumiyyətlə, heç yerə çağırmayıblar. Milis idarəsinə gedib, məsələni aydınlaşdıracağam. Bəli, mən qızları sevdiyimi demişəm. Ancaq təbii ki, qanacaqlı həddə”.
Qeyd edək ki, SSRİ dövründə Bakıya gələn Yaremçuk dəfələrlə “Neftçi”yə qarşı oynayıb.

0
0