Ağasəlim Mircavadov “İnter”dən güclüdür!
05.12.2009 - 11:52
Bakının “İnter” klubunun Ağasəlim Mircavadova qarşı sindromu var. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran”ın 62 yaşlı baş məşqçisi indiyədək heç vaxt paytaxt təmsilçisinə uduzmayıb.
Təcrübəli mütəxəssis “İnter”lə yanaşı, onun sələfi sayılan “Xəzər Universiteti” ilə oyunlarda da həmişə xal qazanıb. O, bu rəqiblə “Şəmkir”i çalışdırdığı vaxtda 4, “Neftçi”də 5, “Xəzər-Lənkəran”da isə 8 dəfə görüşüb. Mircavadov bu 17 oyunun 9-da qələbə qazanıb, 8-də heç-heçə edib. “İnter” yalnız bir dəfə ona qalib ki, bu da oyun sonrası penaltilər seriyasında olub.
Belə ki, Mircavadovun 2004/05 mövsümündə “Neftçi”nin sükanı arxasında olduğu zaman “bank təmsilçisi” ilə ölkə kubokunun ¼ final mərhələsində görüşünün hər ikisi qolsuz heç-heçə ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələri təyin edilir. Bunu da dəqiq yerinə yetirən “İnter” yarımfinala çıxıb. Ancaq göründüyü kimi, Mircavadov oyun zamanı məğlubiyyət acısı dadmayıb.
Qeyd edək ki, Mircavadov Unibank Premyer Liqasının növbəti turu çərçivəsində sabah “Şəfa” stadionunda qonağı olacağı “İnter”lə “Xəzər-Lənkəran”ın çalışdırdığı kimi keçirdiyi 8 oyunun 5-də qalib gəlib, 3-də heç-heçə edib. Maraqlıdır ki, həmin görüşlərin 6-da Mircavadov komandası qol da buraxmayıb.

0
0