Dunqa istefa verir
05.12.2009 - 13:19
Dunqa istefa verir
Braziliya milli komandasının baş məşqçisi Dunqanın vəzifəsindən gedəcəyi vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis gələn yay keçiriləcək dünya çempionatının final mərhələsindən sonra postunu tərk edəcəyini bildirib.

Dunqa vurğulayıb ki, qərarı qətidir və rəhbərlik etdiyi komandasının mundialda göstərəcəyi nəticədən asılı deyil: “Mən artıq hər şeyi qərara aldım. Hətta mundialda qələbə də qərarımı dəyişə bilməz. Milli komanda ilə müqaviləm dünya çempionatından sonra başa çatır və mən onu uzatmayacağam. Beşqat dünya çempionlarının baş məşqçi vəzifəsini tutmaq böyük məsuliyyətdir. Mənim üçün bu postda dörd il olmaq artıqlaması ilədir. Dünya çempionatından sonra hansısa kluba rəhbərlik edəcəyəm”.