Azərbaycan yığmasının futbolçuları əsgərlikdən qayıtdılar
05.12.2009 - 13:47
Azərbaycan milli komandasının yarımmüdafiəçiləri Elmar Baxşıyevlə Cavid Hüseynov hərbi xidmətlərini başa vurublar. Bu barədə apasport.az saytına açıqlamasında hazırda Bakıda olan Elmar Baxşıyev məlumat verib. Futbolçu bildirib ki, hər ikisi əvvəlki klublarına qayıdıblar.
“Yenidən futbola qayıtdığımız üçün AFFA prezidenti Rövnəq Abdullayevə minnətdarıq. Sağ olsun ki, bizə yenidən oynamağa imkan yaratdı. Onun işə qarışmasından sonra məsələ müsbət həllini tapdı. Abdullayevin himayədarlığı ilə öz klublarımıza qayıtmışıq. Bizim milli komandanın futbolçuları olmağımız nəzərə alındı. Yəqin ki, Abdullayevin adından Müdafiə Nazirliyinə edilən rəsmi müraciətdən sonra məsələmiz müsbət həll olundu. Hər halda, bizə hərbi hissədən dedilər ki, gedin, futbol oynamağı davam etdirin, milli komandamıza kömək edin. Artıq bu gündən məşqlərə başlamışam. Təbii ki, bir müddət çətin olacaq. Özünüz də fikirləşin ki, 45 gün oynamamaq, hazırlıqdan kənarda qalmaq nə deməkdir? Əvvəlki formamızı bərpa etmək üçün vaxt lazımdır və tezliklə buna nail olmağa çalışacağıq”.
Qeyd edək ki, oktyabr çağırışında əsgərliyə yollanan Cavid Hüseynov Salyanda, Elmar Baxşıyev isə əvvəl Mingəçevirdə, daha sonra Şəkidə qulluq edib. Hüseynov “İnter”də, Baxşıyev isə “Neftçi”də forma geyinəcək.

0
0