Saşa Yunisoğlu: Vəziyyətimiz bir qədər çətindir – MÜSAHİBƏ
05.12.2009 - 15:23
“Bakı” klubunun müdafiəçisi Saşa Yunisoğlunun müsahibəsi
- Bülənt Korkmazın sənə güvənməməsinin səbəbi nədi?
- Bildiyiniz kimi, bir müddət öncə ciddi zədə almışdım. Müalicə dönəmi uzun çəkdiyindən indi-indi özümə gəlirəm. Şükürlər olsun ki, indi hər şey qaydasındadı və meydana çıxmağa hazıram. Həvəslə Bülənt bəyin mənə şans verəcəyi günü gözləyirəm.
- Deməli, zədən tam sağalıb və meydana çıxıb 90 dəqiqə mübarizə aparmağa hazırsan.
- Təbii ki.
- Zədəli olduğun dönəmlərdə Korkmaz səninlə fərdi söhbət edibmi? Ən azı millinin üzvüsən.
- Açığı, yeni məşqçimiz komandaya gələndə mən yığmanın heyətində İsveçrədə təlim-məşq toplanışında idim. Ondan sonra zədələnərək Türkiyəyə yollandım. Demək olar ki, komandayla birgə çalışmaq imkanım olmadı. Qayıdandan sonra bizi başına toplayıb, bütün futbolçularla söhbət etdi. Və söz verdi ki, hər birimizə oynamaq üçün şans verəcək. Ümid edirəm ki, qarşıdakı matçlarda meydana çıxmağıma şərait yaradacaq.
- Bir müddət Polşada legioner həyatı yaşasan da, yenidən böyük ümidlərlə vətənə döndün. Hər kəs səndən daha artığını gözlədiyi an, sən uzun müddətdi hazırkı klubunda əsas heyətdən kənarda qalırsan. Peşman deyilsən ki?
- Özünüz baxın da. Yanvarda "Bakı"ya transfer olunan kimi yığmayla birgə Dubayda 16 günlük təlim-məşq toplanışında oldum. Komandam isə Türkiyədə hazırlıq keçərək 8 yoxlama görüşündə qüvvəsini sınamışdı. Mən isə toplanışdan kənarda qaldım. Artıq Hacievski start heyətini müəyyənləşdirdiyindən bir müddət gözləməli oldum. Lakin çempionatın sonuna yaxın özümü sübut edərək, daim əsas heyətdə yer alırdım.
- Ancaq avrokubok oyunlarında yenidən ehtiyatda qalırdın.
- Heç özüm də bilmirəm, o zaman nəyə görə bizi heyətə daxil etmirdi. Əsasən komandaya yeni cəlb etdiyi oyunçulara şans verirdi. Biz azərbaycanlılar isə ehtiyatda qalırdıq.
- Hacievskiylə ötən çempionatda uğurlu mövsüm keçirsəz də, son vaxtlar komandanız özünə bənzəmirdi. Səncə, belə vəziyyətdə makedoniyalı məşqçinin postunu tərk etməsi düzgün qərar idi? Bir qədər gözləmək olmazdımı?
- Mən futbolçuyam, belə şeyləri müzakirə etmək mənim işim deyil. Belə qərarları rəhbərlik mübarizə edir.
- Lakin sən də "Bakı"nın bir üzvüsən və şəxsi fikirini bildirmək hüququn var.
- (fikirləşir) Özünüz də qeyd etdiz ki, avrokuboklarda uğursuz nəticələrlə üzləşdik. Üstəlik, çempionata heç də istədiyimiz kimi başlamadıq. Yerli futbolçular da daim legionerlərin kölgəsində qalırdı. Fikrimcə, bütün bunlardan sonra yeganə çıxış yolu onun getməsi idi. Rəhbərlik vaxtında və düzgün qərar qəbul etdi.
- Yeni çalışdırıcınız Hacievskidən hansı xüsusiyyətlərinə görə fərqlənir?
- İlk öncə qeyd edim ki, hər bir məşqçinin futbola özünəməxsus baxışı olur. Lakin diqqətimi çəkən əsas məqam Bülənt bəyin komandaya gəlişindən sonra futbolçuların daha əzm və istəklə çalışmasıdı. Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışır. Peşəkarlıq səviyyəmiz daha da artmağa başlayıb. Bir şeyi də qeyd edim ki, yeni baş məşqçimiz Hacievskiyə nisbətən nizam-intizamın tərəfdarıdı. Hiss olunur ki, komandanı Avropa səviyyəsinə qaldırmağa çalışır.
- Korkmaz ölkəmizə yeni gəldiyi vaxtlarda müxtəlif intizam qaydalarına əl atacağını bildirmişdi. Dediyinə görə, peşəkar klubda bütün heyət üzvləri eyni anda, eyni məkanda qidalanmalıdılar. Onun bu tələbinə riayət olunurmu?
- Əlbəttə. Hər səhər məşqdən öncə görüşüb, kollektiv şəkildə yemək yeyirik. Daha sonra birlikdə bazaya baş çəkirik. Günorta yenə toplaşıb nahar edirik. Hazırda "Bakı"da bütün işlər peşəkar səviyyədə qurulub.
- Yeni məşqçinizin həm də Türkiyədə "FOX TV" ilə müqaviləsi var. Belə ki, həftəsonu çempionat oyunundan sonra ölkəsinə yollanaraq "Futbol bazarı "verilişində görünür. Bu məqam siz futbolçulara təsir etmir ki?
- Qardaş, düzünü desəm, bu xəbəri ilk dəfədi sizdən eşidirəm. Onsuz da hər oyundan sonra bizimlə sağollaşaraq istirahət üçün 1-2 gün vaxt verir. Həmin zaman məşqçimizin hansı işlə məşğul olması məni maraqlandırmır. Əsas məşq etməkdi ki, onda yanımızda olur.
- Maraqlı bir faktı diqqətinə çatdırım. Bülənt bəyin gəlişindən sonra "Turan", "Qəbələ" və "Muğan"ı səfərdə məğlub etməyi bacarsaz da, "İnter", "Neftçi" və "Xəzər Lənkəran"a yenilmisiz. Nədənsə yuxarı pillələrdə qərarlaşan komandalara qarşı uğurlu çıxış edə bilmirsiz.
- Nə deyim Vallah. Məğlub olduğumuz oyunlarda rəqibdən heç də zəif çıxış etməmişik. Sadəcə, bəzi epizodlarda bəxtimiz gətirmədi. Ancaq həvəsdən düşmürük. Çalışıb ikinci dövrədə həmin komandalardan əvəz çıxmalıyıq.
- Çempionatın yeni sistemdə keçirildiyin nəzərə alsaq, əsas rəqiblərinizə məğlub olmusuz. Bu isə "altılığ"a düşdüyünüz təqdirdə, aşağı pillədə qərarlaşacağınız anlamına gəlir. Avrokuboklardan kənarda qalmaq ehtimalı səni qorxutmur ki?
- Düz deyirsiz, vəziyyətimiz bir qədər çətindi. Ancaq çalışıb ikinci dövrədə həmin komandalardan xal almalıyıq ki, sonradan başımız ağrımasın. Hələ heç nə itirilməyib. Həmişəki kimi yeganə məqsədimiz çempion olmaqdı.
- Bildiyin kimi, rəhbərlik komanda yoldaşın Felikslə yolları ayırdı. Buna səbəb kimi futbolçunun intizamsızlığı göstərilir. Maraqlıdı, Feliks sizinlə münasibətdə necə təsir bağışlayırdı?
- Açığı, onun meydanda nə üçün belə hərəkətlər etməsini başa düşə bilmirdim. Həyatda çox mülayim və zarafatcıl idi. Hər birimizlə xoş münasibəti vardı.
- Son vaxtlar millidən uzaq düşmüsən. Forma geymədiyin oyunlarda komanda yoldaşlarının çıxışını izləyirdin?
- Əlbəttə. Düzü, yığmanın son oyunları mənə əlavə həvəs verir. Hiss olunur ki, komandamız əvvəlki illərə nisbətən daha aqressiv futbol sərgiləyir. Fikrimcə, belə davam edə bilsək, növbəti seçmə mərhələdə işlərimiz daha yaxşı gedəcək.
- Son qarşılaşmalarda Foqtsun müdafiə xəttini formalaşdırdığını görmək mümkündü. Almaniyalı məşqçi əsasən Vladimir Levin və Ruslan Abışova güvənir. Üstəlik, Rəşad Sadıqov da zədəsini sağaldaraq sıraya dönmək üzrədi. Belədə arxa xəttdə ciddi rəqabət yaranacaq. Bu səni qorxutmur ki?
- Uşaq deyiləm ki nədənsə qorxub çəkinim. Əksinə, rəqabətin olması yığma üçün müsbət haldı. Foqts ədalətli adamdı. Kim güclüdüsə, o da əsas heyətdə meydana çıxacaq. Belə baxanda, meydana kimin çıxması o qədər də vacib deyil. Əsas komanda şəklində uğurlu nəticələrə imza atmaqdı. Unutmayaq ki, rəqabətin olması futbolumuzun inkişafı deməkdi.
- "Bakı" ilə müqavilə müddətin yayda başa çatacaq. Həmin vaxta kimi yenidən legioner həyatı yaşamaq ehtimalı varmı?
- Təkliflər var. Ancaq mən hələ ki, müqavilə ilə "Bakı"ya məxsusam. Və burda özümü çox rahat hiss edirəm. Heç bir komandaya keçməyi düşünmürəm.
Futbol+

0
0