Bülənt Korkmaz arxayınlaşan futbolçularından narazı qalmadı
05.12.2009 - 21:10
“Ötən tur qarşılaşdığımız "Xəzər Lənkəran"la oyunda yaxşı oyun göstərsək də, məğlub olduq. Bu gün də komandamın göstərdiyi oyundan razı qaldım”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Unibank Premyer Liqasının XIII turunda bu gün Sumqayıtda “Standard” üzərində qələbə qazanan (4:3) paytaxt təmsilçisinin türk çalışdırıcısı bildirib ki, hesabda irəlidə olarkən futbolçularında arxayınçılıq yarandı: “Nəticədə iki qol buraxdıq. "Standard" klubunun standard vəziyyətlərdən çox yaxşı istifadə etməsini onlara qabaqcadan da demişdim. Lakin ikinci hissədə futbolçularım özlərində güc tapıb oyunu qələbə ilə başa vurdular".

0
0