Arda Turan hakimi döymək istədi - FOTO
07.12.2009 - 13:19
Türkiyə Superliqasının XV turunda keçirilmiş “Qalatasaray” - “İstanbul BB” matçından sonra xoşagəlməz anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin üzvü, eyni zamanda Türkiyə yığmasının şərəfini qoruyan Arda Turan görüşün baş hakimi Hüseyn Göçekin üstünə hücum edib.
Ardanı “Cim Bom”un son saniyələrdə qapısından top buraxması qəzəbləndirib. O, final fiti səslənən kimi, qələbənin əldən çıxmasında hakimi günahlandıraraq, onu döymək istəyib. Hakimin üzərinə hücum çəkən futbolçunu “Qalatasaray”ın məşqçisi Yohannes Neeskens və onun tərcüməçisi tutub saxlayıb. Cəzalı olduğundan forma geyinə bilməyən Səbri Sarıoğlu isə paldardəyişmə otaqlarının dəhlizində hakimi görərək, “Təəssüflər olsun!” deyə bağırıb.
Qeyd edək ki, 57-ci dəqiqədə Harri Kyuellin sayəsində hesabda irəli çıxan “Qalatasaray” axırıncı saniyələrdə qol buraxaraq, öz meydanında vacib 2 xal itirib.

- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0