Nizami Sadıqov: Rəhbərliyin razılığı olsa, istefa verərəm
07.12.2009 - 13:50
Unibank Premyer Liqasının XIII turunda öz meydanında “Neftçi”yə biabırçı şəkildə uduzan (2:3) “Turan”ın baş məşqçisi Nizami Sadıqov tutduğu vəzifədən istefa vermək fikrindədir. Apasport.az saytının məlumatına görə, Sadıqov klubdan ayrılmaq istəsə də, rəhbərlik buna razı olmayıb. Bu məsələyə sabah səfərdə “Karvan”a qarşı keçiriləcək matçdan sonra tam aydınlıq gələcək.
Bununla əlaqədar apasport.az saytına açıqlama verən Sadıqov son durumdan danışıb: “Hələlik istefa verməmişəm. Komandanı növbəti turda “Karvan”la oyuna hazırlaşdırıram”.
42 yaşlı çalışdırıcı bildirib ki, bir məğlubiyyət ucbatından istefaya göndərilməsi düzgün sayılmaz: “Məni bu vəzifəyə rəhbərlik təyin edib. Onlar məsləhət bilsələr, getməyimi istəsələr, bunu edərəm. Ancaq rəhbərliklə görüşüb, “Neftçi” ilə oyunu müzakirə etməmişik. Artıq sabah səfərdə “Karvan”la oyunumuz var. Bizdə belədir də: komanda udanda futbolçu yaxşı olur, uduzanda məşqçi pis qələmə verilir. Baş məşqçinin bir oyunda məğlubiyyətə görə istefaya getməsi düzgün olmazdı”.
Bundan başqa, Sadıqov “Neftçi”yə bilərəkdən uduzmadıqlarını iddia edib: “Mənə zəng vurub, “Neftçi”nin qələbə qazanmasına şərait yaratmağı deməyiblər. Belə bir hal olmayıb. “Neftçi” yüksək səviyyəli komandadır. Biz isə mövsümə 12 gün qalmış hazırlaşmışıq. Üstəlik, 6-7 zədəli futbolçumuz var. Məcburiyyətdən əvəzedici komandamızdan futbolçu götürmüşük ki, həmin 17 yaşlı Cavid Tağıyev də “Neftçi”yə qol vurdu. Ancaq futbolçularımızın potensialı aşağı olduğu üçün üstünlüyümüzü sonadək qoruya bilmədik”.

0
0