Bülənt Korkmaz kimi milli komandaya namizəd sayır?
07.12.2009 - 15:40
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Unibank Premyer Liqasında mübarizə aparan klubların çalışdırıcıları ilə ənənəvi görüşləri davam edir. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssis bu dəfə “Bakı”nın baş məşqçisi Bülənt Korkmazla görüşüb. Assosiasiyanın inzibati binasında gerçəkləşən görüşdə onlar milli komandaya namizəd futbolçular, həmçinin milli-klub münasibətləri haqda müzakirələr aparıb, bu cür görüşlərinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Foqts dekabrın 5-də “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovla görüşmüşdü.
Qeyd edək ki, Foqts dekabrın 5-də “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovla görüşmüşdü.
0
0