Berti Foqts Premyer Liqada problem yaradır!?
07.12.2009 - 15:47
Berti Foqts Premyer Liqada problem yaradır!?
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yenə Unibank Premyer Liqasının təqvimini təxirə salınmasına səbəbkar olacaq. Apasport.az saytının məlumatına görə, 2010-cu ildə ilk təlim-məşq toplanışının tarixini açıqlayan 63 yaşlı alman mütəxəssis milli komandamızı fevralın 21-dən martın 3-dək ölkədən kənara təlim-məşq toplanışına aparacaq.

Bu da Premyer Liqamızın təqviminin növbəti dəfə dəyişdiriləcəyi deməkdir. Hər halda, Foqts dediyi vaxtda – fevralın 26-dək 28-dək ölkə çempionatının təsnifat mərhələsinin son turunun oyunları keçirilməlidir. Bu, hələ avqustda müəyyənləşdirilmiş təqvimə əsasən belə nəzərdə tutulub. Son tur Foqtsun təlim-məşq toplanışı üçün seçdiyi tarixlə üst-üstə düşdüyü üçün çempionatı keçirən Peşəkar Futbol Liqası ənənəvi olaraq milli komanda naminə güzəştə getməli olacaq. Lakin turun nə vaxta təxirə salınacağı hələlik rəsmən açıqlanmır. Foqtsun xaricdəki hazırlıq prosesindən sonra, yəni gələn ilin martın 3-də isə FİFA-nın təqvimində milli komandaların beynəlxalq yoldaşlıq görüşünü keçirilməsi nəzərdə tutulub və bu, bizim təqvimdə də göstərilib.

Qeyd edək ki, Foqtsa görə Premyer Liqanın elə cari mövsümündə təxirə salınmalar olub.