Kamran Ağayev: Nüfuzlu komandalardan biri mənimlə maraqlanır
08.12.2009 - 00:06
Kamran Ağayev: Nüfuzlu komandalardan biri mənimlə maraqlanır
“Hələlik “Xəzər-Lənkəran”ın futbolçusuyam və tezliklə hansısa kluba keçəcəyimi söyləyə bilmərəm. Amma ola bilsin ki, qış fasiləsində bu barədə klub rəhbərliyi ilə söhbət edək. Əgər başda komandamızın sahibi Mübariz Mənsimov başda olmaqla, klub rəhbərliyi məni buraxmaq istəsə, bu barədə danışıqlara başlamaq olar”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.

Bir çox təklif aldığını bildirən Ağayevin sözlərinə görə, onun maraqlanan komandalar arasında nüfuzlu klub da var: “Amma bu komandaların adlarını deməyəcəyəm. Yaxşısı budur ki, gəlin qış “transfer pəncərəsi”ni və danışıqların sonunu gözləyək”.

Mənbə: extratime.az
0