FİFA-dan “Neftçi” klubuna 100 min avroluq xəbərdarlıq!
08.12.2009 - 00:03
FİFA-dan “Neftçi” klubuna 100 min avroluq xəbərdarlıq!
Son günlər “Neftçi” klubu ilə bağlı problemlər səngimək bilmir. Markus Fereyranın paytaxt təmsilçisindən FİFA-ya şikayət edərək, 100 min dollar civarında pul alması, üstəlik “Turan”la şübhəli oyun komandanı çətin vəziyyətə salıb. Komandanı bu dəfə sınağa çəkən almaniyalı məşqçi Hans-Yurgen Gededir.

Apasport.az saytının məlumatına görə, sabiq baş məşqçisi Gede də müqaviləsinin birtərəfli qaydada, qeyri-qanuni şəkildə pozulmasını əsas gətirərək klubdan təzminat istəyir. Bu məqsədlə alman çalışdırıcı ali futbol qurumu FİFA-ya müraciət edib. FİFA isə Gedenin müqaviləsinin qeyri-qanuni pozulmasını təsdiqləyərək, ona təzminat ödənilməsi haqda qərar çıxarıb.

Hətta bu məqsədlə beynəlxalq futbol təşkilatı “Neftçi” klubuna rəsmi məlumat göndərərək, təxminən 100 min avronun yaxın zamanlarda ödənilməsi barədə xəbərdarlıq edib.
0