Yığmamızın rəqibləri bilindi
08.12.2009 - 09:37
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2011-in seçmə mərhələsindəki rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamız qarşıdakı qitə birinciliyinin ilkin seçmə mərhələsinin 5-ci qrupunda qüvvəsini sınayacaq. Oliver Pelzerin yetirmələri Portuqaliya, Şimali İrlandiya və Çernoqoriyadan olan həmyaşıdları ilə münasibətlərini ayırd edəcək. Hər 4 yığma gələn ilin payızında Portuqaliyada bir araya gələcək. Oyunlar 2010-cu il 22-27 oktyabr aralığında baş tutacaq.
Birinci seçmə mərhələnin 13 qrupunun hər birindən ilk iki yeri tutan yığmalar, həmçinin qrup üçüncüləri arasında daha yaxşı nəticəyə malik iki kollektiv elit raunda vəsiqə qazanacaq. Turnirin final mərhələsi Serbiyada təşkil olunacaq.

- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0