C və B kateqoriyalı məşqçilərimiz
18.12.2009 - 18:29
UEFA-nın C və B kateqoriyalı məşqçi lisenziyasını əldə etmək üçün AFFA tərəfindən təşkil olunmuş kursları müvəffəqiyyətlə başa vurmuş məşqçilərə bu gün lisenziyalar təqdim olunub. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı AFFA-nın Futbol akademiyasında tədbir keçirilib.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernard Lippert və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Oliver Pelzer iştirak ediblər. Məmmədov çıxış edərək, məşqçilərə təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

0
0