“Beşiktaş” uduzdu, Rüştü Mustafa Dənizlinin üzünə qayıtdı – FOTO
19.12.2009 - 13:55
Türkiyənin “Beşiktaş” futbol komandasının baş məşqçisi ilə qapıçı Rüştü Rəçbər arasında münaqişə baş verib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, insident “qartallar”ın dekabrın 18-də “İnönü” stadionunda “Bursaspor”la keçirdiyi Türkiyə Superliqası matçında yaşanıb.
İlk yarının sonuna bir neçə dəqiqə qalmış Rüştü zədələnərək, əvəzlənməsini istəyib. Lakin baş məşqçi Mustafa Dənizli və qapıçılarla işləyən məşqçi Zafer Öger təcrübəli qapıçıya fasiləyədək oyunda qalmasının gərəkliyini bildiriblər. 36 yaşlı qolkiper isə ona tibbi yardım göstərən hakimə təpinib və oynamayacağını bildirib.
Daha sonra Rüştü meydançanın kənarına gəlib. Bu vaxt Dənizli ona iradlarını bildirib. Qapıçı isə baş məşqçiyə təpki göstərib. O, əllərini yana açaraq, “Nə edim?” deyib.
Qeyd edək ki, oyun “Bursaspor”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətdən sonra “Beşiktaş” 5-ci pillədə qalıb, “Bursaspor” isə liderliyə yüksəlib.

0
0