Bülənt Korkmaz Nazim Süleymanova və komandasına qiymət verdi
19.12.2009 - 14:16
“Hər bir oyun olduğu kimi, “Olimpik-Şüvəlan”la görüş də bizim üçün çətin olacaq. Azərbaycan çempionatında asan oyunlar olmur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Ardıcıl üç oyundur meydanı qalib tərk edən son ölkə çempionu bu seriyanı Unibank Premyer Liqasının XVI turu çərçivəsində sabah “Olimpik-Şüvəlan” klubu ilə ev görüşündə davam etdirmək əzmindədir. Bunu heç də asan saymayan türkiyəli mütəxəssis rəqibin gücünü qiymətləndirib: “Rəqib çox mübariz, sürətli komandadır. Meydanda rəqibə asanlıqla yer vermir, hər sahə uğrunda mübarizə aparır. Hər rəqibə olduğu kimi, “Olimpik-Şüvəlan”da hörmət edirəm. Fikrimcə, ağır bir oyun olacaq”.
Korkmaz “Olimpik-Şüvəlan”ın sükanı arxasında olan azərbaycanlı həmkarı Nazim Süleymanovun da ünvanına xoş sözlər işlədib: “Həmişə həmkarlarıma hörmət bəsləyirəm. Üstəlik, Nazim Süleymanov “Bakı”da işləyibsə, buna daha çox layiqdir”.

0
0