Korkmaz: Mən CD ilə futbolçu almıram
20.12.2009 - 00:02
Korkmaz: Mən CD ilə futbolçu almıram
“İndi yalnız qarşıdakı oyun haqda düşünürəm. Transfer etmək istədiyimiz futbolçular haqda indi fikir bildirmək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.

Hələ qış fasiləsi yaranmamış transfer işlərinə başlayan “Bakı”nın ətrafında bir sıra futbolçuların adları hallansa da, türk çalışdırıcı bu məsələyə ehtiyatla yanaşır: “Yalnız onu deyə bilərəm ki, CD ilə futbolçu almıram. Onu canlı seyr etməyim lazımdır”.

Qeyd edək ki, Korkmaz Qazaxıstan milli komandasının üzvləri Sergey Ostapenko ilə Cambil Kukeyevi oyunu canlı izləyib, bəyənsə də, onları Bakıya dəvət etdi. Hər iki qazax futbolçu ilə müqavilə bağlamaq fikrində olan “Bakı” onların menecerləri ilə danışıqlardan sonra məsələni rəsmiləşdirəcək.