“Qalatasaray” üçün xoş xəbər
19.12.2009 - 14:24
Türkiyənin “Qalatasaray” klubunun çexiyalı futbolçusu Milan Baroş zədəsini sağaltmaq üzrədir. Apasport.az saytının xəbərinə görə, ilk dövrədə “Fənərbaxça” ilə oyunda ayağı sınan futbolçu artıq qoltuq ağaclarından azad ola bilib. O növbəti həftədən etibarən salonda fiziki hazırlıqlara başlayacaq. Baroşun ikinci dövrənin ilk oyunu olan “Qaziantepspor”la qarşılaşmada forma geyinə biləcəyi bildirilir.
0
0