“Olimpik-Şüvəlan” ciddi itkilərlə üzləşdi
19.12.2009 - 15:00
“Olimpik-Şüvəlan” Unibank Premyer Liqasının XVI turunda “Bakı” ilə görüşə ciddi itkilərlə çıxacaq. Komandanın baş məşqçisi Nazim Süleymanov apasport.az saytına açıqlamasında bildirib ki, oyun öncəsi heyətdə problemlər mövcuddur.
“Füzuli Məmmədovla türkiyəli futbolçumuz Ender Günlü xəstələniblər. Roman Qoqinaşvilinin sağlıq durumunda belə problem var. Gürcü legionerimiz hələ sağalmayıb. Tərlan Xəlilov isə zədələnib. O, hələ kimi fərdi məşq edir” – deyə baş məşqçi əlavə edib.
İtkilərə baxmayaraq “Bakı” ilə sabahkı oyunda nəticə qazanmaq iddiasında olan 44 yaşlı mütəxəssis heyətdəki boşluqları aradan qaldırmaq üçün qış fasiləsini, “transfer pəncərəsi”nin açılmasını gözləyir: “İtkilərin qarşısını almaq heyəti bütün mövsüm boyu komplektləşdirmək lazımdır. Çünki problem təkcə zədə, xəstə yox, cəzalı ilə də bağlı ola bilər. Hansısa futbolçu sarı, yaxud qırmızı vərəqə üzündən kənarda qalaraq, komandasına kömək etməyə bilər. Belə problemlərlə üzləşməmək üçün heyətin komplektləşdirilməsinə xüsusi diqqət yetirmək gərəkdir”.
Qeyd edək ki, hazırda turnir cədvəlində 8-ci yerdə gedən “Olimpik-Şüvəlan” Süleymanovun rəhbərliyi altında keçirdiyi 4 oyunun 1-də qalib gəlib, 1-də heç-heçə edib, 2-də uduzub.

0
0