Ağasəlim Mircavadov: Alan Lalin penaltidən hesabı artırsaydı belə...
19.12.2009 - 18:33
Ağasəlim Mircavadov: Alan Lalin penaltidən hesabı artırsaydı belə...
"Güclü rəqibə qarşı oynadıq. "Qəbələ" klubunun son dəqiqəyədək mübarizə aparan, əzmkar komanda olduğunu bilirdik. Buna görə də, oyun ciddi hazırlaşmışdıq”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadova məxsusdur.

Unibank Premyer Liqasının XVI turunda “Qəbələ” üzərində qazanılan qələbədən sonra Mircavadov bildirib ki, Alan Lalin penaltidən hesabı artırsa belə, sonacan mübarizə aparmalı idilər: “Hesabda irəlidə idik, penaltini yerinə yetirə bilsəydik belə, bu oyunda axıra kimi mübarizə aparmalı idik. Çünki rəqibimiz qollarını əsasən son dəqiqələrdə vurur. "Muğan"la keçirəcəyimiz oyuna hazırlaşacayıq. Komandamıza istirahət lazımdı”. "Qəbələ"yə uğurlar arzulayıram".