“Şəfa”dakı qalmaqallı matçın baş məşqçiləri hamıdan üzr istədi
19.12.2009 - 18:58
“Çox çətin oyun keçdi. Komandamız hər oyunu belə oynasa, daha yaxşı nəticələr əldə edəcəyik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Turan”la oyundan sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcü mütəxəssis oyun zamanı həmkarı Nizami Sadıqovla aralarında yaranan qalmqaıa görə, hamıdan üzr istəyib.
"Turan"ın baş məşqçisi Nizami Sadıqov isə bildirib ki, hər iki komanda meydanda sonadək mübarizə aparıb və oyun sərt keçib: “Bu, futboldur, istənilən nəticə qeydə alına bilər. Hər iki komandanın yetərincə qol vurmaq şansı oldu. Sxadadze ilə aramızda yaşanan münaqişəyə görə üzr istəyirəm".
Qeyd edək ki, “İnter” “Şəfa” stadionunda Girt Karslonsun het-triki ilə “Turan” üzərində 3:1 hesablı qələbə qazanaraq, liderliyə yüksəlib.

0
0