Milli komandamız rusları da məğlub etdi
20.12.2009 - 00:00
Milli komandamız rusları da məğlub etdi
Bakı İdman Sarayında beynəlxalq futzal turnirində II turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, günün ilk oyununda Gürcüstan və Türkiyə millisi qarşılaşıb. Oyun 6:2 hesabı ilə türkiyəli futzalçıların xeyrinə başa çatıb.

Saat 18:00-da Azərbaycan millisi Rusiyanın “Kaspi” klubu ilə üz-üzə gəlib. Komandamız qarşılaşmadan 8:3 hesablı qələbə ilə ayrılıb. “Kaspi”nin qapısından topları Rəcəb Fərəczadə (2 qol), Ağatahir Əzimov (2), Alveş De Souza, Vitali Borisov, Namiq Məmmədkərimov və Fərid Atakişiyev keçirib.

Xatırladaq ki, yığmamız ilk oyunda Gürcüstan üzərində qələbə qazanmışdı – 7:0.