“Saturn” bizimkilərə qarşı
21.12.2009 - 09:28
“Saturn” bizimkilərə qarşı
Rusiyanın “Saturn” klubu Azərbaycan komandalarından biri ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçəcək Ramenskoye təmsilçisi yoxlama oyunlarındakı rəqibləri ilə bağlı məsələni həll edib.

Yanvarın 19-da Belek şəhərində hazırlıq prosesinə start verəcək “Saturn” orada 4 sınaq matçına çıxacaq. Ayın 21-də Ukraynanın “Şaxtyor” klubu ilə üz-üzə gələcək rusiyalıların daha bir rəqibi Soçi “Jemçujina”sıdır. “Saturn”un digər iki rəqibindən biri Azərbaycan, digəri Avstriya təmsilçisi olacaq. Lakin bu klubların adları hələ dəqiqləşməyib. Ruslar yanvarın 27-də bizimkilərlə, 31-də isə avstriyalılarla oynamağı planlaşdırıblar.