Türk futbolçu 2 milyon avroya satılır
21.12.2009 - 09:48
Türkiyə yığmasının sabiq futbolçusu Fatih Təkkə transferə çıxarılacaq. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Zenit” klubu 32 yaşlı hücumçunu qış “transfer pəncərəsi”ndə satmaq niyyətindədir.
Buna səbəb Fatihin klubla müqaviləsinin gələn ilin avqustunda bitməsidir. Belə ki, ruslar 9 aydan sonra azad agent statusu ilə Sankt-Peterburq təmsilçisini tərk etmək imkanına malik oyunçunun transferindən pul qazanmaq istəyirlər. Hücumçunun transfer qiyməti 2 milyon avrodur.
Klub rəhbərliyinin bu addımı Fatihi təəccübləndirib. Mövsüm bitən kimi məzuniyyətə yollanan futbolçu “Zenit”lə müqaviləsinin uzadılacağını gözləyirdi. İndi isə özünə yeni komanda axtarmaq məcburiyyətindədir.
Qeyd edək ki, “Zenit”də oynadığı müddətdə Fatih dəfələrlə klubu tərk etmək istədiyini açıqlayıb. Sonuncu belə hadisə bu ilin sentyabrında baş verib. Həmin vaxt tərəflər arasında razılıq əldə olunmuşdu ki, “Zenit” qışda Təkkəni onun üçün doğma olan Türkiyə “Trabzonspor”una buraxacaq.

0
0