Şahin Diniyev “Lokomotiv”dən futbolçu aldı
21.12.2009 - 09:51
Şahin Diniyevin məşqçisi olduğu Qroznının “Terek” klubu transfer bazarında fəallığı ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, daha bir yerli futbolçunun keçidini həll edən “Terek” yenə Nalçik “Spartak”ına üz tutub.
Müdafiəçi Dmitri Yatçenkonun ardınca hücumçu Şamil Asildarov da Qroznı təmsilçisinə transfer olunub. “Terek”in vitse-prezidenti Haydar Alxanov 26 yaşlı hücumçu ilə üç illik müqavilə imzaladıqlarını bildirib. Əslində, Şamilin 2007-ci ildə “Terek”də çıxış etdiyini (12 oyun, 4 qol) nəzərə alsaq, keçmiş komandasına qayıtdığını demək olar. Bu il Nalçik təmsilçisinin heyətində 14 oyunda 8 qol vuran Asildarov vaxtilə Premyer Liqada Moskva “Lokomotiv”ində də oynayıb. O, 2006-cı ildə həmin komandanın heyətində ölkə çempionatının bürünc mükafatını qazanıb.

0
0