Adrian Neaqa “Standard” klubunun qənimi rolunda
21.12.2009 - 11:16
“Neftçi”nin rumıniyalı futbolçusu Adrian Neaqa “Standard” klubunun qəniminə çevrilib. Apasport.az saytının hesablamalarına görə, 30 yaşlı hücumçu bu komanda ilə keçirdiyi hər üç oyunda qol vurub.
Ötən qış Rumıniyanın ən titullu klubu “Styaua”dan transfer olunan Neaqa “ağ-qaralar”ın heyətində debüt oyununda “Standard”a qol vurdu. Flaqman Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin görüşdə çətin qələbə qazandı – 2:1. “Neftçi” “Standard”ı cari mövsümün ilk dövrəsində də həmin hesabla yendi. Bu dəfə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda fərqlənən Adrian görüşün qurtarmasına saniyələr qalarkən meydan sahiblərinin qapısına yol tapdı.
Nəhayət, rumın futbolçu həmin rəqiblə son turdakı görüşdə də öz sözünü dedi. Bu dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda özünü göstərən Adrian penalti zərbəsini dəqiq yerinə yetirdi. Göründüyü kimi, “Standard”a qol vurmaqdan doymayan rumıniyalı müxtəlif stadionlarda vurduğu qollarla komandasına qələbə qazandırır. Cari mövsümdə hesabında 6 qol olan Neaqa bombardirlər yarışında liderlərlə fərqi minimuma endirdi.

0
0