“Bakı” “Terek”lə yoxlama oyunu keçirəcək
21.12.2009 - 12:05
“Bakı” “Terek”lə yoxlama oyunu keçirəcək
“Bakı” qış fasiləsində Türkiyəyə yollanacaq. Apasport.az saytının xəbərinə görə, Antalyada təlim-məşq toplantında olacaq ölkə çempionu yanvarın 3-dən Unibank Premyer Liqasına və “Birlik Kuboku” turnirinin hazırlıqlarına başlayacaq. İki həftəyədək qonşu ölkədə qalacaq Bülənt Korkmazın komandası yoxlama oyunları da keçirəcək. Çox güman ki, 2 sınaq matçından biri Rusiya Premyer Liqasında mübarizə aparan “Terek”ə qarşı olacaq.

Xatırladaq ki, “Terek” klubunu həmyerlimiz Şahin Diniyev çalışdırır.
0