Yenə də Messi
21.12.2009 - 12:12
Yenə də Messi
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə başa çatan klublararası dünya çempionatının 3 ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının xəbərinə görə, “Barselona”nın argentinalı yarımmüdafiəçisi Lionel Messi “Qızıl top”a sahib çıxıb. O, “Estudiantes”lə final qarşılaşmasında komandasının qələbə topunu vurub.

Messinin həmyerlisi Xuan Sebastyan Veron “Gümüş top”, onun “Barselona”dakı komanda yoldaşı Xavi Ernandes isə “Bürünc top”la mükafatlandırılıb.

Xatırladaq ki, Messi cari ildə nüfuzlu “France Football” nəşrinin keçirdiyi “Qızıl top” mükafatına da qazanıb.
0