“Mən öz komandamı qadın kimi sevirəm”
21.12.2009 - 12:28
“Mən öz komandamı qadın kimi sevirəm”
Almaniya yığmasının futbolçusu Lukas Podolski maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu cari mövsümdən çıxış etdiyi “Köln”ə münasibətini qadına sevgi ilə müqayisə edib.

“Bu, mənim klubum, şəhərimdir. Qadında olduğu kimi, onda da təkcə gözəllik, xarici görünüş yox, daxili aləm də vacibdir. Mən “Bavariya”nı tərk edib, böyüdüyüm kluba qayıtdığım üçün peşman deyiləm. Etiraf edirəm ki, arzum “Barselona”da oynamaqdır. Ancaq sizi inandırıram ki, gələm mövsümü “Köln”də keçirəcəyəm. Fikrimcə, komandam heç bir halda ikinci diviziona yuvarlanmayacaq” – deyə Podolski bildirib.

Qeyd edək ki, Podolski Almaniya yığmasının heyətində 2010-cu il dünya çempionatının seçmə mərhələsində milli komandamızla Hannover şəhərində keçirilən oyunda (4:0) vurduğu qolla böyük hesablı qələbədə öz töhfəsini verib.
0