DÇ-2010: Milli komandaların qiymətləri
21.12.2009 - 13:11
DÇ-2010: Milli komandaların qiymətləri
Gələn il CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək milli komandaların qiymətləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA ekspertlərini, müxtəlif skaut təşkilatlarını da layihəyə cəlb edən portuqaliyalı həmkarlarımız 32 yığmanın hər birinin oyunçularının qiyməti haqda araşdırma aparıblar.

Hər komandanın qiyməti hesablanarkən, son seçmə mərhələdə, həmçinin yoldaşlıq oyunlarında yığmasına yardımçı olan 25 futbolçu nəzərə alınıb. Bu yolla milli komandaların, qrupların, ümumilikdə çempionatın dəyəri məlum olub. Nəticədə iştirakçıların hamısı birlikdə 5,5 milyard avrodan baha olduğu aşkarlanıb.

Yalnız iki komanda – dünyanın ən bahalı millisi olan İspaniya və Braziliya yarım milyard avronu keçib. Yeni Zelandiya və KXDR yığmalarının qiyməti isə cəmi 15 milyon avrodur. Bu da bir ortabab ispan və ya braziliyalı futbolçuya bərabər deməkdir. Qruplardan isə ən bahalısı G, ən ucuzu isə E və F sayılır. Bu iki qrupun 4 komandası üst-üstə İspaniyanı güclə qabaqlayır. Həmin qrupların hər biri 575, son Avropa çempionları isə 565 milyon avro dəyərindədir.

A qrupu – 725 milyon avro
CAR (35), Meksika (95), Uruqvay (145), Fransa (450)

B qrupu – 655 milyon avro
Argentina (390), Nigeriya (115), Koreya (50), Yunanıstan (100)

C qrupu – 595 milyon avro
İngiltərə (440), ABŞ (55), Əlcəzair (55), Sloveniya (45)

D qrupu – 645 milyon avro
Almaniya (305), Avstraliya (40), Serbiya (185), Qana (115)

E qrupu – 575 milyon avro
Hollandiya (280), Danimarka (85), Yaponiya (70), Kamerun (140)

F qrupu – 575 milyon avro
İtaliya (400), Paraqvay (90), Yeni Zelandiya (15), Slovakiya (70)

G qrupu – 1050 milyon avro
Braziliya (515), KXDR (15), Kot-d’İvuar (180), Portuqaliya (340)

H qrupu – 810 milyon avro
İspaniya (565), İsveçrə (115), Honduras (45), Çili (85)
0