Jurnalist futbolçuya rüşvət verib?
21.12.2009 - 14:32
Jurnalist futbolçuya rüşvət verib?
Britaniya mətbuatı İngiltərə milli komandanın müdafiəçisi Con Terrinin jurnalistdən rüşvət aldığını iddia edir. Apasport.az saytının məlumatına görə, həmkarlarımız “Çelsi”nin kapitanının 10 min funt sterlinq qarşılığında jurnalistlə iş birliyinə girdiyi haqda xəbər yayıb.

Terri bu məbləğin əvəzində jurnalistə klubun bazasına girməyə, komandanın “Vest Hem”lə çempionat oyununa hazırlıqlarını izləməyə imkan yaradıb. Bu iddiaya əsasən futbolçunun haram pulu yemədiyi də bildirilir. Con dəllallara verdiyi vasitəçilik haqqı istisna olmaqla, bütün məbləği xeyriyyə fondlarından birinin hesabına köçürüb.

Qeyd edək ki, “Çelsi” rəhbərliyi bu məlumatı təkzib edir.
0