Futzalçılarımız heç vaxt Türkiyəyə uduzmayıb
21.12.2009 - 14:55
Futzalçılarımız heç vaxt Türkiyəyə uduzmayıb
Bu gün III Bakı Beynəlxalq Futzal Turnirində qarşılaşacaq Azərbaycan və Türkiyə milli komandaları tarixlərində 6-cı dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin qonaqları indiyədək heç vaxt futzalçılarımızı məğlub edə bilməyiblər. Rəqiblər indiyədək 3 dəfə yığmamızın, 2 dəfə türkiyəlilərin meydanında üz-üzə gəlib ki, hər dəfə də qalib Azərbaycan millisi olub. Maraqlıdır ki, rəqibimiz indiyədək Bakıda keçirdiyi oyunların hamısında eni sayda – 2 top vuraraq uduzub.

26.12.2006. Bakı. Azərbaycan – Türkiyə - 4:2
27.12.2006. Bakı. Azərbaycan – Türkiyə - 5:2
19.02.2007. İzmir. Türkiyə - Azərbaycan – 4:6
25.09.2007. İzmir. Türkiyə - Azərbaycan – 4:5
21.02.2008. Bakı. Azərbaycan – Türkiyə - 4:2
0