“Qarabağ” – “Bakı” oyununun vaxtı dəyişdirilib
                    
                    21.12.2009 - 15:45
                        
                    
                        
                        Unibank Premyer Liqasının XVII turunun "Qarabağ" - "Bakı" oyununun vaxtı dəyişdirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, dekabrın 24-də keçiriləcək matç saat 14:00-da deyil, 15 dəqiqə gec başlayacaq. Buna qarşılaşmanın televiziya ilə canlı yayımlanması səbəb olub. Belə ki, “Qarabağ” – “Bakı” görüşü AzTV kanalının canlı efirində yayımlanacaq.
Qeyd edək ki, oyun Quzanlı qəsəbə stadionunda keçiriləcək.
                    Qeyd edək ki, oyun Quzanlı qəsəbə stadionunda keçiriləcək.
                                
                                0
                                
                                0