“Neftçi”də şok istefa gözlənilir!
21.12.2009 - 15:54
“Neftçi”də şok istefa gözlənilir!
Yaxın günlərdə “Neftçi” klubunun rəhbərliyində ciddi dəyişiklik gözlənilir. Apasport.az saytına daxil olan məlumata görə, tezliklə flaqmanın prezidenti Əkbər Hacıyev tutduğu postdan istefa verəcək. Onun komandadan uzaqlaşmaq istəyinin səbəbi də məlumdur. Eyni zamanda “Azəriqaz” QSC-yə rəhbərlik edən Hacıyev “Neftçi”yə kifayət qədər vaxt ayıra bilmədiyi üçün istefa vermək qərarına gəlib.

Çox güman ki, paytaxt klubunun yeni prezidenti “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin direktoru Sadıq Sadıqov olacaq.